Serbiyanın Çaçak şəhərində boks üzrə “Qızıl əlcək” beynəlxalq turnirinə yekun vurulub. Azərbaycan millisi 15 ölkənin iştirak etdiyi yarışı 1 gümüş və 2 bürünc medalla başa vurub.
Offsideplus.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov (60 kq) finalda rusiyalı Nemət Səfərovla üz-üzə gəlib. Rəqib qələbə qazandığından boksçumuz gümüş medala yiyələnib.
Ondan öncə Ruslan Rüstəmov (63,5 kq) və Kamran Şahsuvarlı (75 kq) “Qızıl əlcəy”i 3-cü yerdə bitiriblər.
Yarışın ən yaxşı hakimi adına isə Anar Nağdıyev layiq görülüb. Beynəlxalq dərəcəli referimiz “Qızıl əlcəy”in təşkilatçıları tərəfindən xüsusi kubokla mükafatlandırılıb.