Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının qalibi adını qazanıb.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı idmançı 82 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Finalda iranlı rəqibini Əlirza Mohmadipianini məğlub edən R.Hüseynov karyerasında ikinci dəfə dünya çempionu tituluna yiyələnib. O, ilk dəfə 2021-ci ildə Norveçin paytaxtı Osloda bu nailiyyətə imza atıb.
Qeyd edək ki, daha əvvəl Eldəniz Əzizli 55 kq-da dünya çempionu olub. Sənan Süleymanov (77 kq) da bu gün final görüşünə çıxacaq.