Yunan-Roma güləşçimiz Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatının qızıl medalını qazanıb.

Offsideplus.az xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan millinin kapitanı finalda Gürcüstan idmançısı Nuqzari Tsurtsumianı üstələyib.

Rəqibinə vaxtından əvvəl qalib gələn (13:4) Əzizli karyerasında üçüncü dəfə dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, bu gün həmçinin Rafiq Hüseynov (82 kq) İrandan olan Əlirza Mohmadipiani, Sənan Süleymanov (77 kq) isə qırğızıstanlı Akjol Mahmudov ilə final görüşünə çıxacaq.