Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqradda təşkil olunan dünya çempionatında finala vəsiqə qazanıb.
Offsideplus.az xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda İran təmsilçisi Puya Dad Marzla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Əzizli sabah qızıl medal uğrunda görüşə çıxacaq.