Güləşçimiz Orxan Abasov (79 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Offsideplus.az xəbər verir ki, o, təsnifat mərhələsində Dünya Güləş Birliyinin (UWW) bayrağı altında çıxış edən İman Mahdavi ilə üz-üzə gəlib və 6:3 hesablı qələbə ilə 1/8 finala yüksəlib.
Abasov 1/8 finalda ermənistanlı Arman Avaqyana "tuş"la qalib gələrək 1/4 finala yüksəlib.