Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün daha iki taekvondoçumuz mübarizəyə başlayacaq.
74 kq çəki dərəcəsində çıxış edən Eltac Qafarov 1/32 finalda Vasilliy Peruniçiç (Çernoqoriya) - Çarlill Mersyer (Kanada) duelinin güclüsü ilə qarşılaşacaq.
Qadınların yarışında 62 kq-dakı Fatimə Məcidova 1/16 final mərhələsində Kristina Kaspa (İtaliya) - Kiem Bak Ti (Vyetnam) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 9 təmsilçisi yarışı medalsız başa vurub.