Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan taekvondoçusu Xanoğlan Kərimov (63 kq) 1/16 finala vəsiqə qazanıb.
O, 1/32 finalda Zakariya Muhammed Qalini (Səudiyyə Ərəbistanı) məğlub edib. Taekvondoçumuz 2:1 hesabı ilə qalib gəlib. Xanoğlan 1/16 finalda Tobias Hittellə (Danimarka) üz-üzə gələcək.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.