Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb. 80 kq çəki dərəcəsində çıxış edən Əliəskər Əliyev 1/16 final mərhələsində Ababakar Soumare (Seneqal) ilə dueldən qalib ayrılıb. Ancaq 1/8 finaıda Migel Treyosuna (Kolumbiya) uduzub.
87 kq-dakı Taleh Süleymanov Manuel Polleti (Belçika) məğlub etsə də, 1/8 finaıda Maykl Rodrigeslə (ABŞ) bacarmayıb.
Qdınların yarışında Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova 49 kq-da /16 finalda Çina Murakamiyə (Yaponiya) qalib gəlib. O, 1/8 finalda Botagez Kapanovaya (Qazaxıstan) məğlub olub.
Qeyd edək ki, mundial iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın üç idmançısı medal qazana bilməyib.