Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir. 

Offsideplus.az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 taekvondoçusu mübarizəyə başlayacaq. 

80 kq-dakı Əliəskər Əliyev 1/16 final mərhələsində Ababakar Soumare (Seneqal) – Teddi Opoya Lessakola (Qabon) cütünün qalibi ilə qarşılaşacaq. Taleh Süleymanov (87 kq) eyni raundda Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) duelinin güclüsü ilə görüşəcək.

49 kq-da çıxış edəcək Patimat Abakarova  1/16 finalda Çina Murakami (Yaponiya) – Jenna Ylonen (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. 

Qeyd edək ki, daha əvvəl Qaşım Maqomedov, Fəridə Əzizova və Cavad Ağayev turniri medalsız başa vurub.