Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında ilk günə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, mundialda 2 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

Kişi taekvondoçular arasında 68 kq çəkidə dünya çempionu tituluna böyük britaniyalı Bredli Sinden yiyələnib. O, finalda cənubi koreyalı Ho-jun Jini məğlub edib. Matin Rezayi (İran) və Ulubek Raşitov (Özbəkistan) bürünc medala sahib olublar.
Bu çəkidə dayanq üzərinə çıxan Cavad Ağayev 1/16 finalda mübarizəni dayandırıb.
Qadınlar arasında 57 kq-da Luana Marton (Macarıstan) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub. Çia-Linq Lo (Tayvan) gümüş medal əldə etdiyi halda, Kubra İlgin (Türkiyə) və Mariya Paçeço (Braziliya) 3-cü olublar.
Qeyd edək ki, dünya çempionatının ikinci günü kişi idmançılar 58 kq-da, qadınlar 67 kq və 73 kq-da medalçıları müəyyənləşdirəcəklər.