Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc və yeniyetmə taekvondoçular arasında Avropa Multi Oyunları start götürüb.
Offsideplus.az xəbər verir ki, Məmməd Abdullayevin rəhbərliyi etdiyi Azərbaycan millisi yarışın ilk günündə 3 medal qazanıb
Komandamızın heyətində Məhəmməd Həsənli (48 kq) gümüş medala yiyələnib. Hüseyn Xudiyev (78 kq) və Ruslan Həsənzadə (+78 kq) isə Oyunları bürünc mükafatla bitirib.
Yarışın ikinci günündə yeniyetmə taekvondoçular qüvvəsini sınayacaq. Yığmamız bu mübarizədə 8 oğlan və 8 qız idmançı ilə təmsil olunacaq.