Azərbaycan cüdoçuları Fransanın paytaxtı Paris şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirinin ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıb.

Offsideplus.az xəbər verir ki, yarışın ilk günündə oğlanların yarışında -60 kq., -66 kq., və -73 kq. çəki dərəcələrində 9 cüdoçu medallar uğrunda mübarizə aparıb.

-60 kq. çəkidə Nizami İmranov qızıl medal, -66 kq. çəkidə Aydın Rzayev bürünc medal əldə edib.