Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanan Hacı Əliyev sosial şəbəkə hesabında paylaşım edib.
Offsideplus.az xəbər verir ki, 4 qat Avropa çempionu olan Azərbaycan millisinin üzvü bu sözləri yazıb:
"Bu gün güləş tarixində ilk dəfə olaraq 4-cü dəfə Avropa çempionu oldum və yeni bir tarix yazdım. Allaha şükürlər olsun ki, bu qələbələri mənə nəsib edir. Bu qələbə Azərbaycan xalqının qələbəsidir, bizim qələbəmizdir. Tarix yaza-yaza yolumuza davam edirik. Məni təbrik edən hər kəsə təşəkkür edirəm, var olasınız".