Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal sahibi olub.
Offsideplus.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən idmançı finalda bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gəlib.
Bununla da Əliyev karyerasında 4-cü dəfə Avropa çempionu titulunu qazanıb.