Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Offsideplus.az xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində yer alan idmançı üçüncü yer uğrunda qarşılaşmada iranlı Məhəmmədhüseyn Məhəmmədiana "tuş"la qalib gəlib.
Bununla da, Azərbaycanın sərbəst güləşçiləri mundialı iki bürünc medalla başa vurublar.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən isə Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.