Azərbaycanın daha bir sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxacaq.
Offsideplus.az xəbər verir ki, 97 kq-da yer alan Maqomedxan Maqomedov təsəlliverici qarşılaşmada polşalı Zbiqniev Baranovskiyə 11:0 hesabı ilə qalib gələrək, 3-cü yer uğrunda mübarizə aparmaq hüququ əldə edib.
Onun rəqibi iranlı Məhəmmədhüseyn Məhəmmədyan olacaq.