Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
Offsideplus.az xəbər verir ki, 55 kq-da yer alan idmançı yarımfinalda ABŞ təmsilçisi Maks Nouriyə 9:0 hesabı ilə qalib gəlib.
Onun finaldakı rəqibi gürcüstanlı Nuqzari Tsurtsumia olacaq.