Sərbət güləş üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti müəyyənləşib.
Offsideplus.az federasiyanın saytına istinadən xəbər verir ki, mundialın son günlərində sərbəst güləş üzrə millimiz mübarizəyə qoşulacaq. Dünya çempionatında baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Coşqun Əzimov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Aydın Əhmədov (125 kq) ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, güləş üzrə dünya çempionatı sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək.