Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Grand Chess Tour"un üçüncü mərhələsində qazancı bəlli olub.

Offsideplus.az xəbər verir ki, rapid və blits üzrə təşkil olunan yarışı 10 iştirakçı arasında 7-ci pillədə başa vuran millimizin üzvü 9 min 500 dollar qazanıb.Turnirin qalibi olan norveçli dünya çempionu Maqnus Karlsen isə 40 min dollar əldə edib.

Qeyd edək ki, mərhələnin ümumi mükafat fondu 175 min dollar olub.