Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal sahibi olub.
Offsideplus.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı ikiqat Avropa çempionu finalda olimpiya, dünya və Avropa çempionu gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşıb. Rəqibinə "qızıl xal"da "vaza-ari" ilə qalib gələn Heydərov yarışın qızıl medalına sahib çıxıb.
Daha əvvəl isə eyni çəkidə mübarizə aparan Rüstəm Orucov 3-cü yer uğrunda görüşdə kubalı Maqdiel Estradanı yenərək bürünc medal qazanıb.