Bu gün gənclər və idman naziri Fərid Qayıbov cüdo üzrə Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan idmançıları ilə görüşüb.
Offsideplus.az xəbər verir ki, cüdo üzrə milli komandanın üzvlərini salamlayan nazir onların hazırlığı və qitə çempionatında çıxışları ilə maraqlanıb. Məşqçilər nazirə yığma komanda üzvlərinin hazırlığı və nəticələri barədə məlumat veriblər.
Xatırladaq ki, cüdoçularımız aprelin 29-dan mayın 1-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilmiş qitə birinciliyində 3 medal qazanıblar. 73 kq çəki dərəcəsində Hidayət Heydərov Avropa çempionu olub. Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) isə bürünc medal qazanıblar.