Polşanın paytaxtı Varşavada güləş üzrə "Poland Open" turniri davam edir.
Offsideplus.az xəbər verir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.
82 kq-da turnirdə iştirak edən Rafiq Hüseynov debütdə danimarkalı rəqibinə qalib gəlib. Həmyerlimiz yarımfinalda ukraynalı güləşçiyə minimal fərqlə məğlub olub. Hüseynov üçüncü yer uğrunda görüşdə Norveç idmançısına gücünü göstərib. İlk hissədə rəqibini "tuşe" ilə üstələyən Rafiq bürünc medal qazanıb.