Yüngül çəkidə UFC çempionu Həbib Nurmaqomedov idmançı karyerasını başa vurduğunu rəsmən açıqladı.
Həmin açıqlamadan sonra rusiyalı döyüşçüyə məşqçilit təkliflərinin ardı-arası kəsilmir.
Offsideplus.az xəbər verir ki, Nurmaqomedov amerikalı döyüşçü Lük Rokholdla çalışacaq. Bu barədə səbəbkarın özü “TMZ”yə açıqlamasında deyib: “Həbib məşqçilik rolunu üzərinə götürəcək. O, mənim qayıdışımda vacib rol oynamaq istəyir. İlin məşqçisi – Həbibə yaraşacaq addır. Nurmaqomedov rəhmətlik atasından götürdüklərini icra etməklə böyük işlər görməyi hədəfləyib. Atası məşqçi kimi onun üzərində böyük zəhmət sahibi olub. İndi eyni şeyi Həbib edəcək”.
Qeyd edək ki, Həbibdən 4 yaş böyük olan 36 yaşlı Rokhold 2015-ci ildə orta çəkidə UFC kəmərinin sahibi olub. Hesabında 16 qələbə və 5 yenilgi olan idmançı 2019-un yayında Yan Balahoviçə məğlub olandan sonra rinqə çıxmırdı.