Sərbəst güləşçimiz Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirində final görüşünə çıxıb.
Offsideplus.az xəbər verir ki, 65 kq-dakı idmançımız finalda Ermənistan təmsilçisi Vazgen Tevanyana məğlub olaraq gümüş medalla kifayətlənib.
74 kq-da mübarizə aparan Hacımurad Hacıyev tatamiyə çıxmaqdan imtina etdiyi üçün 2-ci yerlə kifayətlənib.Onun hansı səbəbdən güləşmək istəmədiyi bilinmir.
Digər sərbəst güləşçimiz Abubakr Abakarov Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində təsəlliverici görüşə çıxıb.
86 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ermənistan təmsilçisi Hovhannes Mxitaryanla qarşılaşıb və rəqibi məğlub edib.
Qeyd edək ki, Əliyev və Hacıyev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.