Azərbaycanın sərbəst güləşçisi, 3 qat dünya və 3 qat Avropa çempionu  Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda 1/4 finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, 1/8 finalda rusiyalı dünya çempionu Hacımurad Rəşidovla üz-üzə gələn Əliyev 2-ci dəqiqənin sonunda rəqibinə fənd tətbiq edərək 4:0 hesablı üstünlük əldə edib. Həmin vaxt zədələnən Rəşidov görüşə davam edə bilmədiyi üçün azərbaycanlı pəhləvan növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, bu rəqiblərin 2019-cu ildə Qazaxıstanın paytaxtı Astanada keçirilmiş dünya çempionatındakı görüşü qalmaqalla yekunlaşmışdı. Əliyev qəsdən uduzdurulduğunu iddia edərək hakimlərdən narazılığını onlara qırmızı vərəqə göstərməklə nümayiş etdirmişdi.