Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kuboku sona yaxınlaşır.
Offsideplus.az xəbər verir ki, altıncı yarış günündə 61, 65, 79, 86 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.
Əhmədnəbi Qvarzatilov startda Fransanı təmsil edən erməni güləşçi üzərində inamlı qələbə qazanıb. 61 kq-da mübarizə aparan idmançı tacikistanlı Muhamad İkromovla qarşılaşıb. Rəqibinə 8:1 hesabı ilə qalib gələn Qvarzatilov adını finala yazdırıb.
Hacı Əliyev debütdə prinsipial rəqiblə qarşılaşıb. 65 kq-da son dünya çempionu Hacımurad Rəşidovla görüşə əla start verən Hacı 4 xal qazandıqdan sonra görüş yarımçıq saxlanılıb. Buna səbəb rəqibin zədələnməsi olub. 3 qat dünya çempionu 1/4 finalda qırğız güləşçiylə gərgin keçən görüşdən də qalib ayrılaraq adını yarımfinala yazdırıb. Lakin yarımfinalda Macarıstan təmsilçisi İsmayıl Musukayevə uduzaraq, qızıl medal qazanmaq şansını əldən verib. Əliyev sabah bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Rəşad Yusifli ilk görüşdə türk həmkarına məğlub olub.
Abubakr Abakarov startda Bolqarıstan təmsilçisinə "tuşe" ilə qalib gəlib. Ancaq 1/4 finalda İspaniya idmançısına uduzub.
Mübarizəyə 1/4 finaldan qoşulan Şamil Zubairov Moldova təmsilçisini çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəlib.
61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov - Arman Eloyan (FRA) 9:5
1/4 final: Əhmədnəbi Qvarzatilov - Georgi Vangelov (BUL) 4:3
1/2 final: Əhmədnəbi Qvarzatilov - Muhamad İkromov (TJK)
65 kq
1/8 final: Hacı Əliyev - Hacımurad Rəşidov (RUS) 4:0
1/4 final: Hacı Əliyev - Ernazar Akmataliyev (KGZ) 6:4
1/2 final: Hacı Əliyev - İsmayıl Musukayev (HUN)
79 kq
Təsnifat: Rəşad Yusifli - Muhammet Kotanoğlu (TUR) 2:5
86 kq
1/8 final: Abubakr Abakarov - Axmed Maqamayev (BUL) 8:3 (tuşe)
1/4 final: Abubakr Abakarov - Teymuraz Friyev (ESP) 0:10
97 kq
1/4 final: Şamil Zubairov - Samhan Cəbrayılov (MDA) 8:1
1/2 final: Şamil Zubairov - Aleksandr Xuştin (BLR)
***
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kuboku sona yaxınlaşır.
Offsideplus.az xəbər verir ki, altıncı yarış günündə 61, 65, 79, 86 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.
Əhmədnəbi Qvarzatilov startda Fransanı təmsil edən erməni güləşçi üzərində inamlı qələbə qazanıb.
Hacı Əliyev debütdə prinsipial rəqiblə qarşılaşıb. 65 kq-da son dünya çempionu Hacımurad Rəşidovla görüşə əla start verən Hacı 4 xal qazandıqdan sonra görüş yarımçıq saxlanılıb. Buna səbəb rəqibin zədələnməsi olub.
Rəşad Yusifli ilk görüşdə türk həmkarına məğlub olub.
Abubakr Abakarov startda Bolqarıstan təmsilçisinə "tuşe" ilə qalib gəlib.
61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov - Arman Eloyan (FRA) 9:5
1/4 final: Əhmədnəbi Qvarzatilov - Georgi Vangelov (BUL)
65 kq
1/8 final: Hacı Əliyev - Hacımurad Rəşidov (RUS) 4:0
1/4 final: Hacı Əliyev - Ernazar Akmataliyev (KGZ)
79 kq
Təsnifat: Rəşad Yusifli - Muhammet Kotanoğlu (TUR) 2:5
86 kq
1/8 final: Abubakr Abakarov - Axmed Maqamayev (BUL) 8:3 (tuşe)
1/4 final: Abubakr Abakarov - Teymuraz Friyev (ESP)
97 kq
1/4 final: Şamil Zubairov - Samhan Cəbrayılov (MDA)
***
Bu gün Azərbaycanın son beş sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqraddakı Fərdi Dünya Kubokunda mübarizəyə qoşulacaq.
Offsideplus.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev 1/8 finalda rusiyalı dünya çempionu Hacımurad Rəşidovla üz-üzə gələcək. Bu rəqiblərin 2019-cu ildə Qazaxıstanın paytaxtı Astanada keçirilmiş dünya çempionatındakı görüşü qalmaqalla yekunlaşmışdı. Əliyev qəsdən uduzdurulduğunu iddia edərək, hakimlərdən narazılığını onlara qırmızı vərəqə göstərməklə nümayiş etdirmişdi.
61 kq-dakı Əhmədnəbi Qvarzatilov Fransanı təmsil edən erməni Arman Yeloyanla qarşılaşacaq. Rəşad Yusifli (79 kq) təsnifat mərhələsində türkiyəli Muhammet Kotanoğlu ilə, Abubakr Abakarov (86 kq) 1/8 finalda Bolqarıstanı təmsil edən Əhməd Maqomayevlə, Şamil Zubairov (97 kq) isə 1/4 finalda moldovalı Samhan Cəbrailovla güləşəcək. Bu gün həmçinin Hacımurad Məhəmmədsəidov (92 kq) bürünc medal uğrunda görüşdə Erhan Yaylacı (Türkiyə) / Mihay Palagia (Rumıniya) cütünün qalibi ilə görüşəcək. Gitinoməhəmməd Hacıyev (70 kq) təsəlliverici qarşılaşmada Georgi Bukur (Rumıniya) ilə, Camaləddin Məhəmmədov (125 kq) isə Katriel Muriel (Argentina) ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb. Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq.
61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov - Arman Yeloyan (Fransa)
65 kq
1/8 final: Hacı Əliyev - Hacımurad Rəşidov (Rusiya)
79 kq
Təsnifat mərhələsi: Rəşad Yusifli - Muhammet Kotanoğlu (Türkiyə)
86 kq
1/8 final: Abubakr Abakarov - Əhməd Maqamayev (Bolqarıstan)
97 kq
1/4 final: Şamil Zubairov - Samhan Cəbrailov (Moldova)
Medal üçün mübarizə aparanlar
70 kq
1/8 final: Gitinoməhəmməd Hacıyev - Mohammed Abdulkərim (Küveyt) 10:0
1/4 final: Gitinoməhəmməd Hacıyev - Haydar Yavuz (Türkiyə) 0:6
Təsəlliverici görüş: Gitinoməhəmməd Hacıyev - Georgi Bukur (Rumıniya)
92 kq
Təsnifat: Hacımurad Məhəmmədsəidov - Strahinya Despiç (Serbiya) 11:0
1/4 final: Hacımurad Məhəmmədsəidov - Alexandro Pankorbo (İspaniya) 5:2
1/2 final: Hacımurad Məhəmmədsəidov - Georgi Rubayev (Moldova) 5:5*
Bürünc medal görüşü: Hacımurad Məhəmmədsəidov - Erhan Yaylacı (Türkiyə) / Mihai Palagia (Rumıniya)
125 kq
1/8 final: Camaləddin Məhəmmədov - Oktay Güngör (Türkiyə) 4:2
1/4 final: Camaləddin Məhəmmədov - Robert Baran (Polşa) 0:4
Təsəlliverici görüş: Camaləddin Məhəmmədov - Katriel Muriel (Argentina)