Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir.
Offsideplus.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, Eldəniz Əzizli ilk görüşdə yerli güləşçiyə cəmi 1 dəqiqə 40 saniyəyə qalib gəlib.
Təcrübəli güləşçimiz növbəti görüşdə Rusiya idmançısına uduzub. Rusiyalı soydaşımız finala yüksəldiyi üçün Əzizli dekabrın 13-də təsəlliverici görüşə çıxıb.
Erməni güləşçini vaxtından əvvəl məğlubiyyətə uğradan Eldəniz bürünc medal uğrunda görüşdə iştirak hüququ əldə edib.
Həlledici görüşdə qırğız həmkarından güclü olan güləşçimiz Fərdi Dünya Kubokunu 3-cü yerdə başa vurub.