İkiqat Avropa çempionu Rafiq Hüseynovun Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda iştirak etməməsinin səbəbi bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu barədə 32 yaşlı idmançının özü məlumat verib. Hüseynov iki həftə əvvəl koronavirusa yoluxduğu üçün yarışa gedə bilmədiyini vurğulayıb: "Müalicə olunmuşan. Hazır olmadığım üçün yarışa getmədim. İndi özümü yaxşı hiss edirəm və karantin müddətim sabah bitir, sabah da təkrar test verəcəyəm".
82 kq çəki dərəcəsində çıxış edən təcrübəli güləşçi təlim-məşq toplanışı vaxtı testlərin mənfi olduğunu vurğulayıb: "Hazırlıq prosesindən sonra evə qayıtdım. Özümü narahat hiss edəndə yenidən test verdim, bu dəfə isə müsbət oldu".
Qeyd edək ki, bu gün start götürəcək Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq. Rafiq Hüsenov 2011-ci ildə Almaniyanın Dortmund şəhərində və bu il İtaliyanın pataxtı Romada Avropa çempionu olub. (Report)