Bu gün Azərbaycanın daha 4 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Offsideplus.az xəbər verir ki, yarışın ikinci günündə 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov Monqolustan təmsilçisi Ankhzaya Lavjarqalla üz-üzə gələcək. Eyni çəkidəki Telman Vəliyev yunanıstanlı Georgios Azoidislə görüşəcək.
81 kq-dakı Hidayət Heydərov İvaylo İvanovla (Bolqarıstan), Murad Fətiyev isə Gilerme Şimidtlə (Braziliya) qarşılaşacaq.
Qeyd edək ki, Böyük Dəbilqəyə oktyabrın 25-də yekun vurulacaq.