25 - 29 martda Bakıda keçirilməli olan karate üzrə Avropa çempionatı ləğv olunub.
Offsideplus.az xəbər verir ki, Ümumdünya Karate Federasiyası (WKF) olimpiadanın təxirə salınması səbəbindən karate yarışlarında təsnifat sistemini yeniləməyi məqsədəuyğun sayıb.
Bakıdakı yarışda verilməli olan lisenziya xallarının 2021-ci ildə İsveçin Göteborq şəhərində təşkil olunacaq analoji turnirdə bölüşdürüləcək.