“Son hadisələr idman dünyası üçün çətin bir sınaqdır”.
Offsideplus.az xəbər verir ki, bu sözləri yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü Rafiq Hüseynov deyib.
İdmançımız Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınmasına münasibət bildirib:
“Qlobal idman planları pozuldu, amma hər bir idmançı mənimlə həmfikir olar ki, ən əsas məqsəd sağlam dünyadır. İnsanların sağlamlığı üçün dua edək və bir az səbirli olaq”.