Məşhur rusiyalı döyüşçü Aleksandr Yemelyanenko istirahət zonasında sərxoş halda etdiyi davaya görə həbs edilib.
Offsideplus.az hadisə “Sport” istirahət mərkəzində baş verib. Mənbə qeyd edir ki, idmançı sərxoş olub və özünü qeyri-adekvat aparıb.
Onun haqqında xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib. İdmançı yeddi gün müddətinə həbs edilib.
Qeyd edək ki, 38 yaşlı döyüşçünün aktivində 28 qələbə, 7 məğlubiyyət və bir heç-heçə var.