Bu gün Azərbaycan Taekvondo Federasiyasında (ATF) ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.
Offsideplus.az xəbər verir ki, iclasda federasiyanın rəhbər heyətindən vitse-prezidentlər Nağı Səfərov, Niyaməddin Paşayev, baş katib Həmdiyyə Məmmədov, nəzarət təftiş komitəsinin sədri Vüqar Məmmədov, hakimlər komitəsinin sədri-baş hakim, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev, Dünya Taekvondo Federasiyasının nümayəndəsi, məşçi heyəti və idmançılar da iştirak edib.
İlk olaraq vitse-prezidentl Nağı Səfərov hesabat məruzəsi ilə çıxış edib. Nağı müəllim 2019-cu ildə federasiyanın ümumi fəaliyyətindən, əldə olunan nailiyyətlərə görə ilin uğurlu keçdiyini qeyd edib: “Böyüklərdən ibarət millinin üzvü Milad Beigi Hərçəqaninin ikinci dəfə dünya çempionatının qalibi olması, qarşıdan gələn Olimpiadaya lisenziyanın təmin etməsi, eləcə də para-taekvondo yığmasının qadın üzvü Aynur Məmmədovanın dördüncü dəfə Avropa çempionu olması buna bariz nümunədi. Aprel ayında İtaliyanın Milan şəhərində keçiriləcək Avropa qitəsinin lisenziya turnirində isə daha üç idmançımızın şansı əldən verməyəcəyinə ümidvarıq”. Məşqçi heyətinə və idmançılara qarşıdakı yarışlada da uğurlar arzulayıb.
Sonra söz milli komandalara nəzarət üzrə vitse-prezident Niyaməddin Paşayevə verilib. Hədəflərin böyük olduğunu iştirakçıların nəzərinə çatdıran Niyaməddin müəllim artıq bir lisenziyanın əldə olduğunu bir daha vurğulayıb: ”2019-cu ildə federasiyamızın idmançıları rəsmi yarışlardan otuz medal, para-taekvondoçularımız isə yarışlarından dörd medal əldə edib. Qarşıda bizi möhtəbər yarışlar gözləyir. Belə ki, yeniyetmələrin Avropa birinciliyi və gənclərin Dünya birinciliyi kimi yarışlarımız var. Bildiyiniz kimi, bu il bizi Olimpiadaya əlavə lisenziya qazanmağımız üçün şansımız da var hansı ki, o yarışda para-taekvondoçularımız da beş idmançı ilə qatılacaq. Fikrimcə, idmançılarımz bu şansdan yararlanmağa çalışacaqlar. Bütün məşqçi-müəllimlər və idmançılara bol şanslar və uğurlar arzulayıram”.
Hakimlər komitəsinin sədri-baş hakim vəzifəsinə yeni təyinat almış beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev öz çıxışında qısa müddət ərzində hakimlərin hazırlığı və peşəkarlığının artırılması məqsədi ilə bir sıra məqsədyönlü təlim-seminarları keçiriliydiyini nəzərə çatdırıb: "Bundan sonra da federasiyanın milli hakimlərin beynəlxalq dərəcəli hakimlər statusunun alınması məqsədilə bir sıra əməli tədbirlərin görülməsi nəzərdə tutulub”.
Nəzarət-təftiş komitəsinin sədri Vüqar Məmmədov daxili yarışların artıq ənənəvi olaraq keçirilməsindən və növbəti yarışlarda da nizam-intizama ciddi şəkildə rəayət edilməsinə aid məsləhətlər verərək bütün idmançılara bol şanslar arzulayıb.
İclasın rəsmi hissəsindən sonra il ərzində yüksək nəticələr göztərmiş idmançıların, onların məşqçiləri, yığma komandaların baş məşqçiləri və şəxsi müəllimləri məhsuldar fəaliyyətlərinə görə ATF-in təsis etdiyi fəxri fərmanlarla təltif edilmiş və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
İdmançılar: Milad Beigi Hərçəqani, Qaşım Maqomedov, Patimat Abakarova, Cavad Ağayev, Səyyad Dadaşov, Taleh Süleymanov, Nizami Hacıyev, Pünhan Mürsəlov, Zemfira Həsənzadə, Şamil Mirzəyev, Nicat Müslümov, Röyalə Fətəliyeva, Elimxan Manafov, Aynur Məmmədova, Mehdi Budaqlı, Aydın Süleymanov, Miriş Qasımov, Tamerlan Yaqubov, Elmira Bayrak, Süleyman Həsənov, Fərid Quşxani.
Yığma komandaların məşqçi - müəllimlər:
Reza Mehmandosut - böyüklərdən ibarət milli yığma komandanın baş məşqçisi.
Elnur Amanov – qadınlardan ibarət yığma komadanın baş məşqçisi.
Məmməd Abdullayev – gənclərdə ibarət yığma komandanın baş məşqçisi.
Səbuhi Zülfüqarov – yeniyetmələrdən idarət komandanın baş məşqçisi.
Sənan Həşimov – yeniyetmə qızların baş məşqçisi.
Fərid Tağızadə - Para-taekvondo yığma komandasının baş məşqçisi.
İdmançıların şəxsi müəllimləri: Samir Aydınov, Tural Vəlibəyov, Müqabil Məmmədov, Əfqan Rzayev, Vüqar Kərimov, Günay Zeynalova, Rəşad Məmmədov, İlkin Şahbazov, Ziya Qasımov, Beyrək Bağırov, Vüqar Məcidov, Azər Seleymanov, Asim Xudiyev.
Azərbaycan Taekvondo Federasiyasının 2019-cu ildə fəaliyyətlərinə görə fərqlənən region komandaların məşqçiləri: Ümüd Axundov – Tovuz, Habil Səftərov – Ağdam, Pərviz Məmmədov – Saatlı, Vasif Qurbanov – Qusar, İmran Zalov – Gəncə.
Azərbaycan Taekvondo Federasiyaının fərqlənən hakimləri:
Tapdıq Əkbərov (Respublika dərəcəli hakimi), Aygül Abdullayeva (Beynəlxalq dərəcəli hakim).
Hesabat yığıncağının ardından Dünya Taekvondo Federasiyasının hakimlik qaydalarına edilən dəyişiklər və idmançıların 2020-ci ildən etibarən yeni tətbiq edilən qeydiyyat sistemi haqda DTF-in nümayəndəsinin Sərvər Şahmusarovun rəhbərliyi ilə seminar keçirilib.