UFC-nin yüngül çəki üzrə sabiq çempionu Konor Makqreqor rusiyalı Həbib Nurməhəmmədovla döyüşə hazırlaşarkən spirtli içkilərdən istifadə edib.
Offsideplus.az xəbər verir ki, irlandiyalı döyüşçü "MMA Junkie" portalına qarşılaşmadan əvvəl bir həftə ərzində içdiyini etiraf edib: "Səhv etdim. Amma bunu etiraf edəcək və səhvimi düzəldəcək qədər cəsuram".
Qeyd edək ki, Makqreqor indiyə qədər keçirdiyi 25 döyüşdən 21-də qalib gəlib. O, sonuncu dəfə 2018-ci ilin oktyabrında rusiyalı Həbib Nurməhəmmədovla qarşılaşıb və uduzub.