Karate üzrə Azərbaycan milli komandasının əsas və əvəzedici heyətinin bir neçə üzvü 2-4 mart tarixlərində Avstriyada Seriya A turunirində iştirak edəcək.
Offsideplus.az xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) Karate1 yarışlarından olan Zalsburq mərhələsində 8 idmançımız mübarizə aparacaq.
Qadınlardan Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), kişilərdən isə Rafiz Həsənov və Tural Ağalarzadə (ikisi də -67 kq), Samir Məmmədov (-75 kq), Ayxan Mamayev və Pənah Allahverdiyev (-84 kq) və Asiman Qurbanlı (+84 kq) tatamiyə çıxacaq.
Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov nüfuzlu turniri idarə edənlər arasında olacaq. Avstriyanın Zalsburq şəhərində Karate1 Seria A turnirinin medalları uğrunda 88 ölkədən 1597 idmançı yarışacaq.