Yunan-Roma güləşi üzrə dünya çempionumuz, Avropa Oyunlarının qalibi Rəsul Çunayev sosial şəbəkələrdən uzaqlaşıb.
Bu barədə idmançının özü məlumat verib:
“Instagram” və “Facebook”u artıq telefonumdan silmişəm. Profillərimi bağlamasam da, daha artıq onlara girməyəcəyəm, şəkil, video paylaşmayacağam. Dünən baş məşqçimiz Şaban Donatla bu barədə söhbətim oldu. Söz verdim ki, daha artıq sosial şəbəkələrdəki aktivliyimi dayandıracağam. İndi bütün diqqətimi 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadaya yönəltmişəm. Olimpiadaya vəsiqə qazanmaq üçün isə sentyabrda Qazaxıstanda keçiriləcək dünya çempionatında yaxşı çıxış etməliyəm”. (Oxu.Az)