Dünya boksunun əfsanəsi Mayk Tayson diqqət mərkəzinə düşüb.
Offsideplus.az xəbər verir ki, UFC-nin şərhçisi Co Roqanın verilişində qonaq olan “Dəmir Mayk” həyatı barədə şok etiraflarla gündəmə gəlib.
Saatyarımlıq müsahibənin ən maraqlı hissələrini təqdim edirik:
- Heç vaxt qəhvə içməmişəm. O qədər narkotikdən istifadə etmişəm ki, qəhvə heç bir effekt verməzdi.
- İlk dəfə 10-11 yaşında uşaq olarkən narkotikdən istifadə etdim. İçirdim, çəkirdim. Bir az böyüyəndə “turşu”dan da yararlandım.
- Trevor Borbiki çırpdığım vaxt çox içirdim. Döyüşdən öncə hazırlıq vaxtı heç nə qəbul etmirdim. Amma sonra heyvana çevrilirdim.
- Döyüşdən öncəki seks ilhamlandırır. Maneçilikdən daha çox kömək edir. Sən yenidən yüklənirsən və döyüşə atılırsan.
- 19 yaşımda məşhur oldum. Bu inanılmaz idi. Məşqçim Kas Damatonun planı ilə gedirdim. Onun sayəsində superulduz oldum. Məndəki eqoizmi inanılmaz dərəcədə şişirtdi. Qarşımdakı istənilən güclü rəqibi məhv etməyə hazır idim. Baxışımla onu deşik-deşik edirdim. 13 yaşımda Kas məni hipnoz edənin yanına apardı. O da qaranlıqda köklənməyi öyrətdi. Bu isə məni şöhrətə daşımalı idi.
- Yalnız müəllimimin xoşbəxt olması üçün döyüşür, qalib gəlirdim.
- Şöhrət – qəribə və qeydi-adidi. Daim məni şəkil çəkdirmək üçün əhatəyə alırdılar. İndi başa düşürəm ki, bütün bunlar qurmadı.
- Keçmişə baxmaq, başa düşmək, təhlil etmək lazımdı. 20 yaşında çempion oldum. Bu, möhtəşəm idi. Amma mən buna hazır deyildim.
- İndi də mənə yaxınlaşıb gördüklərinə şad olduqlarını deyirlər. Ciddi olub-olmadıqlarını soruşuram. İnsanlar mənim haqda xatırlamadığım şeylər danışırlar.
- Həbsxanada olana bir nəfər dedi ki, puma, şir, pələng təşkil edə bilər. Mən də ondan pələng istədim. Balaca pələng balalarını 14 il saxladım, sonra isə qoruğa verdim.
- Şir və ya pələngin varsa, onunla gəzə, kimisə onunla bir qəfəsə sala bilərsən: “Kef çək, əclaf”.
- Bir gün əvvəlki yoldaşım Robin Qivenslə fastfuda girmişdik. Yeməyin pulunu ödəmək üçün cibimə girəndə orda prezervativlər tapdı. Əsəbləşdi, maşına minib gedəndə başqa avtomobili vurdu. Bir oğlanın da qəzada əli qırıldı. Polislər gəldi və nə baş verdiyini soruşdu. Həbs olunmaqdan qorxdum və zabitə dedim ki, bu maşına layiqsən, açarları götür. Sürücü vəsiqəm yox idi deyə əlavə problem istəmirdim. Maşının qiyməti isə 230 min dollar idi. Polis də razılaşdı. Əli sınan oğlanın da başından pul yağdırdım. Amma yenə də polis bölməsinə getdi. Orada isə maşınla bağlı sövdələşməyimizi örtbasdır etmək üçün onu qovdular. Evə çatan kimi zəng edib maşınımı tələb etdim. Polisi işdən qovdular.
- İndi marixuana becərirəm. 2022-ci ildə ranço açacam. Gölün kənarında gözəl mənzərədi. Vəhşi heyvanların olub-olmayacağını tərəfdaşlarla müzakirə edəcəyik.
- Mən balaca olanda tez yatmağım üçün anam mənə liker və marixuana verirdi. Amma kömək etmirdi. Onun özü isə içkilərə aludə idi.
- Uğursuz gündən sonra marixuana çəkirəm. Bu da məni fəal və pozitiv edir. Çəkəndə özümün də özümdən xoşum gəlmir. Yoxsa fərqli oluram.
- Mənə narkotiklərlə rahatdı. Onların eqonu da artırır. Kokainin dadına 11-12 yaşında baxmışam. Əgər dadmamısansa, bunu etməsən yaxşıdı. Öyrəşəndən sonra hesab et ki, sonun çatıb. Mən uşaqlarıma kokainin dadına baxmağa imkan vermərəm.
- Həyatımdakı ən yaxşı şey boksdan getməyimdi. Hədəfim insanları məhv etmək idi. Bu da şüurumu qapadırdı.
- İlk dəfə uşaqlarla ünsiyyət quranda bunun çətinliyini başa düşdüm. Həyatımın böyük hissəsini onlardan üzr istəmişəm. Mən dəhşətli ata olmuşam. Bilmirəm onlar nə yaşadıqlarımı başa düşür, ya yox. İndi ancaq ailəm üçün yaşayıram.
- Boksa ehtirasım itib. Məşqlərə başlayanda bunun üçün doğulduğumu düşünürdüm. Bunun hara itdiyini bilmirəm. Boks məni maraqlandırmır. 2000-ci illərdə başa düşdüm ki, xoşum da gəlmir. Qələbələr qazansam da, maraqlı deyildi.
- Karyeramı bitirəndən sonra yoldaşım səhnədə mühazirə oxumağı təklif etdi.
- İndi mənim barədə filmin ssenarisin yazırlar. Yəqin ki, mənim rolumda Ceymi Fok oynayacaq. Maraqlı olacaq. Filmdə məsləhətçi olmaq istəyirdim. Amma Hollivud həmişə öz istədiyi kimi edir. Hərçənd bəzi şeyləri dəyişmək lazımdı. Düşünürəm ki, kinoteatrlarda səmimi etiraflar lazımdımı? Bu böyük qonorar olar.
- Əgər idmançı vaxtı qadağan olunmuş vasitələrdən yararlansaydım, döyüşçü olmazdım.
- Artıq həyatımda boks yoxdu. Döyüşlərə baxmıram. Yalnız fraqmentlərini izləyirəm.
- Əvvəlki mətbuat konfranslarıma baxıram. Nələr demişəm. İndi heç vaxt bunu deməzdim. Mən indi başqa dünyadayam. Həmin oğlan insanların xoşuna gəlir, mənimsə yox. Həmin oğlan qəddar, qarşısıalınmaz idi.
- Uşaqlarım – orta səviyyəli adi uşaqlardı. Öz həyatlarını yaşayırlar. Heç vaxt oğluma demərəm ki, dominantlıq etməli, ən yaxşı olmalıdı. Bunu etsəm də bizim ailədə fayda verməz.
- Boks heç nəyi olmayanlar üçündü. Oğlum 16 yaşında boksçu olmaq istədi. Ona izah edib başa saldım: “Məktəbdə təhsil alırsan və boksa getmək istəyirsənsə, axmaqsan. Tətilə Avstriyaya gedirsən, boksçu olmaq istəyirsən. Mənim kimilərlə, heyvanlarla döyüşəcəksən. Onların səni döyməsinə icazə vermək olmaz”.
- Uşaqlarım mənim motivasiyamı başa düşməz. Xəcalət məni kökləyirdi. Onların xəcalət çəkməyə əsası yoxdu. Makedoniyalı İsgəndər barədə eşitmişdim, onun kimi olmaq istəyirdim.
- Heç vaxt narkotik qəbul etmək istəməmişəm. Amma həmişə ona qayıtmışam. Başlamısansa, səni heç kim dayandıra bilməz.
- Qolota ilə döyüşdən əvvəl orqanizmimdə marixuana aşkarlandı. 300 min dollar cərimələndim. Mən artıq marixuana satıram. Bütün dünyaya satmaq istəyirəm. İnanmazdım ki, dünya belə dəyişəcək.(Matc.az)