Rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədov UFC tarixinin ən nüfuzlu insanları siyahısından kənarda qalıb. 

Offsideplus.az xəbər verir ki, ESPN mediaholdinqinin tərtib etdiyi reytinq siyahısında Nurməhəmmədova yer verilməyib.

Əvəzində rusiyalı idmançının bir müddət əvvəl məğlub etdiyi irlandiyalı Konor Makqreqor isə siyahıda 5-ci yerdə qərarlaşıb.