İdman Arbitraj Məhkəməsinin (CAS) “Mançester Siti” ilə bağlı yekun qərarı açıqlayacağı tarix müəyyənləşib.

Offsideplus.az "DailyMail"ə istinadən xəbər verir ki, qurum iki il müddətinə avrokuboklardan uzaqlaşdırılan “şəhərlilər”in şikayətinə iyulun 13-də baxacaq.

Qeyd edək ki, UEFA maliyyə feyr-pley qaydalarını pozduğu üçün “Mançester Siti"ni qarşıdakı 2 il müddətinə Çempionlar Liqası və Avropa Liqasından kənarlaşdırıb. Klub həmçinin 30 milyon avro məbləğində cərimələnib.