441 futbolçu maddi kömək məqsədi ilə FIFA-ya müraciət edib.
Offsideplus.az xəbər verir ki, bunlar maaşları ödənməyən oyunçulardır. Klublar koronavirus pandemiyası səbəbindən iflas etdikləri və ya maliyyə problemi ilə üzləşdikləri üçün ödəniş edə bilmirlər.
Müraciət edən oyunçuların 81 faizi Avropa klublarını təmsil edir.
FIFA Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FIFPro) vasitəsi ilə müraciətləri qəbul etməyə davam edəcək.
Qeyd edək ki, daha əvvəl FIFA və FIFPro müflis olan və ya maliyyə problemi ilə üzləşən oyunçulara yardım üçün fond yaradıb. Fond iyulun 1-dən fəaliyyətə başlayacaq.