İngiltərənin "Arsenal" klubunun əsas futbolçularından olan Məsut Özillə bağlı yeni iddia ortaya atılıb.
Offsideplus.az xəbər verir ki, Böyük Britaniyanın məşhur "Daily Mail" nəşri "topçular"ın 31 yaşlı türk əsilli futbolçusunun 2021-ci ildə "Fənərbağça"ya keçəcəyini yazıb.
Məlumatda Özilin gələn il hazırkı klubu ilə olan müqaviləsinin müddətinin bitməsindən sonra İstanbul təmsilçisinə gələcəyi bildirilir.
Təcrübəli futbolçunun meneceri Erkut Söğütün "Məsut "Arsenal"la olan müqaviləsini tamamlayacaq, ancaq onun "Fənərbağça"ya keçidi barədə nəsə deyə bilmərəm, çünki burada gizliliyi qorumalıyam" sözlərinə də yer verən nəşr bu keçidin baş verəcəyini istisna etməyib.
Qeyd edək ki, hazırda həftəsinə 350 min funt sterlinq alan Özil 2013-cü ildə "Real"dan "Arsenal"a transfer edilib.