İspaniyanın “Real” klubunun futbolçusu Əşrəf Hakimi karyerasını A Seriyada davam etdirə bilər.

Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, cari mövsümü icarə əsasında Almaniyada Dortmund “Borussiya”sında oynayan müdafiəçi “İnter”ə keçəcək.

Mərakeşli futbolçunun transferi ilə bağlı “Real” və Milan təmsilçisi arasında razılıq əldə olunub. İtaliya klubu afrikalı üçün 40 milyon avro ödəyəcək.