Niderland 1-ci divizionunda 22-ci turun matçları keçirilib.
Offsideplus.az xəbər verir ki, “Eyndhoven” evdə “De Qrafşap”la qarşılaşıb.
Görüş Ozan Can Kökçünün komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin üzvü bu matçda 90 dəqiqə oynayıb.
“Eyndhoven” hazırda 30 xalla 10-cu pillədə qərarlaşıb.