"Ayaks" heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Amsterdam təmsilçisi "Amerika"dan Xorxe Sançesi transfer edib. 24 yaşlı sağ cinah müdafiəçisi ilə 4 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Sançes  2019-cu ildən oynadığı Meksika millisində 10 matç keçirib və 1 qol vurub.