Niderland təmsilçisi “Feyenoord”un azarkeşləri komandanın avtobusuna hücum ediblər.

Offsideplus.az “De Telegraaf”a istinadən xəbər verir ki, insident rotterdamlıların ölkə çempionatının XI turunda “Ayaks”a səfərdə 0:4 hesabı ilə uduzduqları oyundan sonra baş verib.

Azarkeşlər içərisində məşqçilər korpusu ilə futbolçuların yer aldığı avtobusa butulka və pirotexniki maddələr atıblar. Onların əsas tələbi baş məşqçi Yap Stamın istefa verməsi olub. Futbolçulardan bəziləri avtobusdan düşərək azarkeşlərlə söhbət ediblər.

Qeyd edək ki, “Feyenoord” 11 turdan sonra 14 xalla 12-ci sırada qərarlaşıb.