2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatına (DÇ-2026) daha bir komanda vəsiqə qazanıb.
Offsideplus.az xəbər verir ki, Asiya zonasından təsnifat mərhələsinə qatılan İran yığması bir neçə dəqiqə öncə başa çatan Özbəkistanla oyunda planetin ən mötəbər futbol yarışına vəsiqəni rəsmiləşdirib.
Matç 2:2 hesabı ilə nəticələnib. Bununla da xalını 20-yə çatdıran İran komandası qrupda rəqibləri üçün əlçatmaz olub.
Özbəkistan yığmasının da tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə düşmək üçün yaxşı şansı var. Əgər bu gün Birləşmiş Ərəb Əmirlikləri (10 xal) Şimali Koreyaya uduzsa, 17 xalı olan özbəklər sona 2 tur qalmış vaxtından qabaq vəsiqəni təmin edəcəklər.
Beləliklə, DÇ-2026-da mübarizə aparacaq 48 komandadan 6-cısı müəyyənləşib:
1. ABŞ (ev sahibi)
2. Kanada (ev sahibi)
3. Meksika (ev sahibi)
4. Yaponiya
5. Yeni Zelandiya
6. İran