Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2026 - nın seçmə mərhələsində yer aldığımız qrupu dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis AFFA-nın rəsmi saytına açıqlamasında püşklə bağlı fikirlərini bölüşüb.

" Artıq püşk atılıb, heç nəyi dəyişmək mümkün deyil. İndi daha vacibi rəqibləri yaxından tanımaqdır. Fransa, yoxsa Xorvatiya ilə qarşılaşacağımız UEFA Millətlər Liqasının pley-off mərhələsindən sonra bəlli olacaq. Digər rəqiblərimiz isə Ukrayna və İslandiya seçmələridir. İndi ən önəmlisi komandamızı bu oyunlara hazırlamaqdır. Mart və iyunda rəsmi matçlarımızın olmaması yaxşı haldır. Qrup oyunlarına hazırlaşmaq üçün vaxtımız olacaq. Həmin dönəmlərdə yoldaşlıq görüşləri keçirəcəyik ki, yığmamız sentyabrda başlayacaq seçmə mərhələ matçlarına hazır olsun".

Qeyd edək ki, qrupumuzun oyunlarına 2025-ci ilin sentyabrnda start veriləcək.