Uzun müddətdir Tailandda çıxış edən azərbaycanlı futbolçu Məmməd Quliyev klubunu dəyişib.
"Offsideplus.az" xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 3-cü liqa təmsilçisi "Uttaradit"lə başa çatan müqaviləsini yeniləməyib.
O, yenidən 3-cü liqa klubunda çıxış edəcək. Quliyev "Saraburi Yunayted"lə müqavilə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sözləşmənin müddəti haqda məlumat verilməyib.