Argentina yığma komandasının üzvü Anhel Di Mariya rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, o, DÇ-2022-nin finalında hazırda Fransa ilə keçirilən oyunda fərqlənməklə buna nail olub.
Di Mariya mundialın, Amerika kubokunun və Olimpiya Oyunlarının finalında qol vuran ilk futbolçu olub. 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında Di Mariyanın qolu Argentinaya qızıl qazandırıb. 2021-ci ildə isə yarımmüdafiəçi Amerika kubokunun finalında Braziliya ilə oyunda (1:0) qələbə qolunu vurub.