FİFA-nın Qətərdə keçirilən dünya çempionatında əldə etdiyi gəlir müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino mətbuat konfransında açıqlama verib.

O bildirib ki, cari mundialdan qazanılan vəsait 10,5 milyard dollar təşkil edib: “Bu isə 4 il əvvəl Rusiyada təşkil olunmuş dünya çempionatındakı gəlirdən 1 milyard dollar çoxdur”.

Xatırladaq ki, DÇ-2022-yə dekabrın 18-də Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyunu ilə yekun vurulacaq.